Şəmkir rayonunun sabiq başçısı vəfat etdi

Şəmkir rayonunun sabiq başçısı vəfat etdi
Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov vəfat edib.
Sabiq başçı bu gecə dünyasını dəyişib.
Hazırda Şəmkirdə dəfninə hazırlıq gedir.
A.Aslanovun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi. O, Şəmkirin icra başçısı, daha sonra kənd təsərrüfatı nazirinin müavini, Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsində çalışıb.
YAP Siyasi Şurasının üzvü idi.
Allah rəhmət eləsin! (Azpolitika.info)