Azərbaycanın Lerik rayonunda zəlzələ baş verdi

Azərbaycanın Lerik rayonunda zəlzələ baş verdi

Avqustun 28-də Lerik rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:57:14-də qeydə alınıb.

Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.