“Qarabağ” 4-cü dəfə Avroliqanın qrupuna düşdü

“Qarabağ” 4-cü dəfə Avroliqanın qrupuna düşdü
“Qarabağ” növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Avrokuboklardakı yeganə təmsilçimiz Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib.
Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu evdə rəqibini darmadağın edib – 3:0.
Bununla da “Qarabağ” 4-cü dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb – 2014/15, 2015/16, 2016/17, 2018/19 mövsümləri. Ağdm klubu 2017/18 mövsümündə isə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
30 avqust
Qarabağ (Azərbaycan) – Şerif (Moldova) 3:0
Qollar: Maksim Medvedov, 9. Donald Gerye, 42. Filip Ozobiç, 56.
Qarabağ: 13. Vaner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnoset Emeqara, 11. Mahir Mədətov (30. Abbas Hüseynov, 88), 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir (28. Con Delarj, 80), 19. Filip Ozobiç (91. Coşqun Diniyev, 82), 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak.
Baş məşqçi: Qurban Qurbanov.
Şerif: 33. Sergey Paşçenco, 4. Petru Raku (19. Antun Paliç, 55), 9. Jo Santos (7. Gerson Rodriges, 68), 15. Kristiano, 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Zigi Badibanqa, 55. Mateo Suşiç (K), 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandru Boyçuk (45. Əl-Hacı Kamara, 26).
Ehtiyat oyunçular: 21. Nikolay Çeborati, 8. Ceremi de Noyer, 14. Benjamin Balima, 35. Ante Kulişiç.
Baş məşqçi: Qoran Sabliç.
Sarı vərəqələr: Simeon Slavçev, 34. Qara Qarayev, 90+3 – Aleksandru Boyçuk, 24. Petru Raku, 31. Vladimir Kovaçeviç, 34. Jo Santos, 47. Mateo Suşiç, 83. Gerson Rodriges, 90+1.
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya).
Hakim-inspektor: Yohan Verbist (Belçika).
UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.