Avropa Liqası: “Qarabağ”ın rəqibləri bəlli oldu – adlar

Avropa Liqası: “Qarabağ”ın rəqibləri bəlli oldu – adlar

Fransanın Monako şəhərində Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Turnirdəki təmsilçimiz “Qarabağ” püşkatmaya 3-cü səbətdən qatılıb.

Komandamızın potensial rəqibləri arasında “Çelsi”, “Sevilya”, “Arsenal”, “Beşiktaş”, “Milan”, “Fənərbaxça” kimi tanınmış klublar olub.

Nəticədə Ağdamın “Qarabağ” klubu “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə E qrupuna düşüb.

Digər qruplar belə müəyyənləşib:

A qrupu
“Bayer” (Almaniya)
“Lüdoqorets” (Bolqarıstan)
“Sürix” (İsveçrə)
AEK (Cənubi Kipr)
B qrupu
“Zalsburq” (Avstriya)
“Seltik” (Şotlandiya)
“Leypsiq” (Almaniya)
“Rusenborq” (Norveç)
C qrupu
“Zenit” (Rusiya)
“Kopenhagen” (Danimarka)
“Bordo” (Fransa)
“Slaviya” (Praqa, Çexiya)
D qrupu
“Anderlext” (Belçika)
“Fənərbaxça” (Türkiyə)
“Dinamo” (Xorvatiya)
“Spartak” (Slovakiya)
F qrupu
“Olimpiakos” (Yunanıstan)
“Milan” (İtaliya)
“Betis” (İspaniya)
“Düdelanj” (Lüksemburq)
G qrupu
“Vilyarreal” (İspaniya)
“Rapid” (Vyana, Avstriya)
“Spartak” (Moskva, Rusiya)
“Reyncers” (Şotlandiya)
H qrupu
“Latsio” (İtaliya)
“Marsel” (Fransa)
“Ayntraxt” (Frankfurt, Almaniya)
“Apollon” (Cənubi Kipr)
I qrupu
“Beşiktaş” (Türkiyə)
“Genk” (Belçika)
“Malmö” (İsveç)
“Sarpsborq” (Norveç)
J qrupu
“Sevilya” (İspaniya)
“Krasnodar” (Rusiya)
“Standard” (Belçika)
“Akhisar Bələdiyyəspor” (Türkiyə)
K qrupu
“Dinamo” (Kiyev, Ukrayna)
“Astana” (Qazaxıstan)
“Renn” (Fransa)
“Yablonets” (Çexiya)
L qrupu
“Çelsi” (İngiltərə)
PAOK (Yunanıstan)
BATE (Belarus)
“Videoton” (Macarıstan)

Qeyd edək ki, Avropa Liqasının final matçı Bakıda keçiriləcək.