Mervenin kraliçalığını bu şəxs dağıdacaq – FOTO

Mervenin kraliçalığını bu şəxs dağıdacaq – FOTO

Türkiyənin ən çox izlənən seriallarından olan “Ufak tefek cinayetler”in yeni mövsümə başlamasına sayılı günlər qalıb. 

"Ufak tefek cinayetler"də yeni sima -  Foto

Rejissorluğunu Ali Bilgin və Deniz Yorulmazerin etdiyi, ssenarisini Meriç Aceminin yazdığı “Star TV”də efirə gedən ekran işinin ikinci mövsümündə yeni simalar yer alacaq.

Onlardan biri də Osman Sonantdır. Artıq çəkilişləri başlayan serialda Osman Kerim Adil Sağlam obrazını canlandıracaq.

Ət imperatoru “El Turco” ləqəbli varlı, yaraşıqlı və sirli şəxs olan Kerim Adil Sağlam Sarmaşıka gələcək və Mervenin kraliçalığını dağıdacaq. Yeni mövsümdə qatilin kim olduğu açıqlanacaq. “Ufak Tefek Cinayetler” sentyabrdan efirə gedəcək.

Qeyd edək ki, Osman Sonat tamaşaçılara sonuncu dəfə “Fi” serialındakı rolu ilə tanışdır. (Axşam.az)