“Mercedes”in ABŞ-da sifarişləri rekord qırdı – Trampın təhdidi təsir etmədi

“Mercedes”in ABŞ-da sifarişləri rekord qırdı – Trampın təhdidi təsir etmədi

ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı ölkələrindən idxal edilən avtomobillərə əlavə 25 faiz vergi qoyacağı ilə bağlı hədələməsindən sonra proseslər əksinə cərəyan edib.

Trampın hətta “Nyu-Yorkun küçələrində son “Mercedes” yığışdırılana qədər mübarizə aparacağam” deyə təhdidlərinə baxmayaraq, ABŞ-dan rekord sayda yeni “Mercedes” sifarişləri verilib.

Belə ki, son 1 ayda “Amazon” vasitəsilə 20 min ədəd “Mercedes-Benz Sprinter” sifariş edilib.

Bundan başqa, “Mercedes-Benz”in daxil olduğu “Daimler AG” şirkəti Cənubi Karolina ştatında “Mercedes-Benz Sprinter”lərin istehsalı üçün yeni mərkəz açıb və 500 milyon dollar investisiya yatırıb.

Qeyd edək ki, hazırda ABŞ Avropa İttifaqı ölkələrindən idxal edilən avtomobillərdən 2,5 faiz vergi alır. Aİ isə ABŞ-dan idxaldan 10 faiz vergi alır. Tramp isə buna qarşı çıxır.