Eldar Həsənovun restoranının direktoru həbs olundu

Eldar Həsənovun restoranının direktoru həbs olundu

Əvvəllər xəbər verdiyimiz kimi, avqustun 11-də Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənib.

Bakı Şəhər Prokurorluğundan bildiriblər ki, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Qeyd olunur ki, obyektin direktoru Qasımov İlham İdris oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, “Tonqal” Bakıda keçmiş baş prokuror, hazırda Azərbaycanın Serbiyadakı səfir Eldar Həsənovun restoranı kimi məşhurdur.