“Qarabağ”ın oyunlarını keçirəcəyi stadionu UEFA rəsmən açıqladı

“Qarabağ”ın oyunlarını keçirəcəyi stadionu UEFA rəsmən açıqladı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri dəyişdirilib.

UEFA rəsmi saytı vasitəsilə Ağdam təmsilçisi ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəyini açıqlayıb. 

Qitə futbol qurumu daha əvvəl “Qarabağ”ın Bakıdakı qarşılaşmalarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəyini açıqlamışdı. Beş qat çempionumuz ilk ev matçında oktyabrın 4-də “Arsenal”ı qəbul edəcək.

Qeyd edək ki, 2019-cu il Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.