Əhməd Davutoğlu və İstanbul polisinin şefi Etimad İsmayılovla vida mərasimində – VİDEO

Əhməd Davutoğlu və İstanbul polisinin şefi Etimad İsmayılovla vida mərasimində – VİDEO

Dünən İstanbulda öz ofisində qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla vida mərasimi keçirilib.

“Haberler.com” yazır ki, Florya Yeni Camidə baş tutan mərasimə E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva 5 yaşlı oğlu və yaxınları qatılıblar.

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu, İstanbul polis rəisi Mustafa Çalışqan, “Star” qəzetinin rəhbəri Nuh Albayraq, “Anadolu” agentliyinin İstanbul bölgəsi üzrə müdiri Hüseyin Altınalan, “24 TV”nin rəhbəri Nagehan Alçı, jurnalistlər Saaadet Oruç, Həlimə Kökçə və digər tanınmış simalar S.Nuriyevanı tək qoymayıblar.

Cənazə namazı qılındıqdan sonra E.İsmayılovun nəşi Azərbaycana göndərilmək üçün Atatürk Hava Limanına yola salınıb.

21:57

Dünən axşam saatlarında azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbulda ofisində qətlə yetirilməsinin təfərrüatı ortaya çıxıb.

Türkiyənin “Posta” qəzeti xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan ehtiyatda olan polkovnik, E.İsmayılovun şəriki Gözəl Dəmirov polisə ilkin ifadəsində cinayəti pul mübahisəsinə görə törətdiyini bildirib.

Gözəl Dəmirov

Belə ki, G.Dəmirov ortaq qurduqları şirkətin 4 milyon dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməməsinə görə E.İsmayılovla mübahisə etdiyini söyləyib. O, mübahisə zamanı İsmayılov tərəfindən təhdid edildiyini və buna görə silaha əl atdığını deyib.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, Etimad İsmayılov başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Cinayəti törədən Gözəl Dəmirov Bakı vaxtı ilə 02:00 radələrində tutulub.