Qarabağda erməni əsgər öldürüldü

İşğal olunmuş Dağlıq Qarabağda qoşunların təmas xəttində erməni hərbçi öldürülüb.
Bu barədə “Sputnik-Armeniya”ya istinadla xəbər verilir.
Məlumata əsasən, sentyabrın 22-də yerli vaxtla saat 16:00 radələrində işğalçı erməni ordusunda xidmət edən 1998-ci il təvəllüdlü hərbçi Ovsepyan Artsax Mqeroviç ölümcül güllə yarası alıb. (Oxu.az)
Paylaşın:
Share