Çempionlar Liqasının qrup mərhələsində 2-ci tur: Nəticələr

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start verilib.
İlk oyun günündə 8 qarşılaşma keçirilib.
Günün sürpriz nəticəsi Moskvada qeydə alınıb. Çempionlar Liqasının son qalibi “Real” səfərdə MOİK-ə 0:1 hesabı ilə məğlub olub.
Almaniya nəhəngi “Bavariya” da xal itirib. Öz meydanında “Ayaks”la qarşılaşan Münhen təmsilçisi 1:1-lik bərabərliyə razı olub.
Nəticələri təqdim edirik:
2 oktyabr
E qrupu
AEK (Yunanıstan) – “Benfika” (Portuqaliya) – 2:3
Qollar: Klonaridis, 53; 64 – Seferoviç, 6. Qrimaldo, 15. Semedo, 75.
“Bavariya” (Almaniya) – “Ayaks” (Hollandiya) – 1:1
Qollar: Hummels, 4 – Mazraui, 22.
F qrupu
“Hoffenhaym” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:2
Qollar: Belfodil, 1 – Aquero, 8. D.Silva, 87.
“Lion” (Fransa) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 2:2
Qollar: Dembele, 72. Dubua, 71 – Moraes, 45; 55.
G qrupu
MOİK (Rusiya) – “Real” (İspaniya) – 1:0
Qol: Vlasiç, 2.
“Roma” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) – 5:0
Qollar: Dzeko, 3; 40; 90. Cəngiz Ündər, 64. Castin Kluyvert, 73.
H qrupu
“Yuventus” (İtaliya) – “Yanq Boyz” (İsveçrə) – 3:0
Qollar: Dibala, 5; 33; 69.
“Mançester Yunayted” (İngiltərə) – “Valensiya” (İspaniya) 0:0