Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi

Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi
Xəbər verdiyimiz kimi, oktyabr ayının 1-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib.
Nərmin Şirəliyeva bu posta təyinat aldıqdan sonra ermənini özünə köməkçi götürüb. Köməkçisinin adı isə Karen Spartakoviçdir.
Qeyd edək ki, Nərmin Şirəliyevanın məşhur erməni aktyor Armen Ciqarxanyanla yaxın dostluq əlaqələri var. Bu münasibətlərə Armen Ciqarxanyan belə fikir bildirib:
“Mən erməniyəm, ancaq Nərminlə möcüzəvi dostluq münasibətlərim var”.
Bundan başqa N.Şirəliyevanın digər erməni məşhurlarla da yaxınlığının olduğu deyilir.
Xatırladaq ki, Nərmin Şirəliyeva 2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında mədəniyyət müşaviri vəzifəsində işləyib. Nərmin Şirəliyeva Bakıda anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur. (unikal.org)