Rusiyalı döyüşçü irlandiyalını Las-Vegas şəhərində məğlub etdi

Rusiyalı döyüşçü irlandiyalını Las-Vegas şəhərində məğlub etdi

Oktyabrın 7-da qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

Əsrin döyüşü adlanan görüş Las-Vegas şəhərində “T-Mobile Arena”da baş tutub.

Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə dünya çempionu kəmərini müdafiə edib.

UFC versiyası üzrə dünyanın ən populyar və güclü idmançılarından hesab edilən irlandiyalı Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 30 yaşlı qaydasız döyüşçü rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. Həbib dördüncü raundda hakimlərin yekdil qərarı ilə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanıb.

Bu, Nurməhəmmədovun karyerası ərzində qazandığı iyirmi yeddi döyüşdə 27-ci qələbəsidir. Həbib 2017-ci ildə amerikalı döyüşçü El Yakvintanı məğlub edərək yüngül çəkidə çempion adı qazanmışdı.

Nurməhəmmədovun bu döyüşdən əldə etdiyi qonorar 2 milyon dollar olub.

Qonorarların məbləğinə ödənişli teleyayımdan gələn faiz daxil deyil.

Rusiyalı idmançının agenti Əli Abdel-Əziz avqustda bəyan etmişdi ki, Nurməhəmmədov Makqrerorla döyüşə görə 10 milyon dollardan çox pul alacaq.