“Washington Post” qəzetinin müxbiri İstanbulda itkin düşdü

“Washington Post” qəzetinin müxbiri İstanbulda itkin düşdü

“Washington Post” qəzetinin köşə yazarı, Səudiyyə Ərəbistanı əsilli Cemal Kaşıkçı İstanbulda itkin düşüb.

Jurnalist şəxsi həyatına aid sənədlər əldə etmək məqsədilə oktyabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunun inzibati binasına daxil olub və oradan çıxmayıb. Hadisə ilə əlaqədar Türkiyənin hüquq-mühafizə orqanları dərhal əməliyyata başlayıb.

Belə bir xoşagəlməz hadisənin Türkiyədə baş verdiyinə təəssüfləndiyini deyən Prezident Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı açıqlamasında bildirib ki, jurnalistin axtarışı ilə bağlı ölkənin bütün gömrük-keçid məntəqələri nəzarətə götürülüb.