Tünzalə bu statusu ilə kimə söz atır?

Tünzalə bu statusu ilə kimə söz atır?

Əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədə müzakirələrə səbəb olacaq status yazıb. 

Müğənni instagramda canlı yayım edən həmkarlarına söz atıb. 

“Bu gün sənətkarın adı – onun keyfiyyətinin göstəricisidirsə, tamaşaçısının daim həm qəlbində həm diqqətindədirsə, konsertləri satılırsa və s. Bu illərlə peşəsinə, sevəninə və özünə verdiyi dəyərin, zəhmətin, eşqlə etdiyi işlərin, fədakarlığının, musiqi mədəniyyətindəki dönməz əqidəsinin nəticəsidir! İnternetdən canlı yayım etməklə sənətə yiyələnmirlər”- deyə Ağayeva bildirib.

Qeyd edək ki, əməkdar artist bu ayın 20-də Bakı Konqres Mərkəzində solo konsert verəcək. (Qafqazinfo)