“Microsoft”un qurucularından biri vəfat etdi

“Microsoft”un qurucularından biri vəfat etdi
“Microsoft” şirkətinin qurucularından olan Paul Allen vəfat edib.
Bu barədə Allenin sahibi olduğu investisiya firması “Vulcan” məlumat yayıb. 65 yaşlı IT mütəxəssisi, investor, xeyriyyəçi, musiqiçinin ölüm səbəbi limfa xərçəngidir.
Qeyd edək ki, Paul Allen 1975-ci ildə Bill Qeytslə birlikdə “Microsoft”un əsasını qoyub. O, 1982-ci ildə xərçəng diaqnozu qoyulandan sonra şirkəti tərk edib.