Binəqədidə yoxlamalar başladı – Xaləddin İsgəndərovun başı dərddə

Binəqədidə yoxlamalar başladı – Xaləddin İsgəndərovun başı dərddə
Binəqədi rayonunda ciddi yoxlamalar başlayıb.
Bakı Şəhər İcra Hakimiyyəti başçısını əvəz edən Eldar Əzizovun göstərişi ilə başladılan yoxlamalarda əsasən qanunsuz tikililər araşdırılır.
Məlum olub ki, Binəqədi ərazisində saysız-hesabsız qanunsuz tikililər var. Tikinti aparılması qadağan olunmuş ərazilərdə Binəqədi rayon İcra Hakimiyyətinin icazəsi ilə evlər, iaşə obyektləri inşa edilib. Bunların çoxu Neft Şirkətinin ərazisi, yaşıllıq zonalarda aparılıb.
Araşdırma qrupu bu tikililərin siyahısını hazırlayır, saxta sənədlərin verilməsində İcra Hakimiyyəti ilə yanaşı başqa hansı qurumların iştirak etdiyini araşdırır. Araşdırma aparıldığı üçün rayon ərazisində demək olar ki, bütün tikinti və sənədləşmə işləri dayandırılıb.
Məlum olduğu kimi, bu tikililərin böyük hissəsi 2012-ci ildən rayona rəhbərlik etmiş Xaləddin İsgəndərovun vaxtında aparılıb. Buna görə də yoxlamalar yekunlaşandan sonra sabiq başçının aidiyyəti qurumlar tərəfindən sorğu-suala çəkiləcəyi şübhə doğurmur. (Bakupost)