Ərəb qaçqınları 18 yaşlı alman qızını zorladılar – Almanlar ayağa qalxdılar

Ərəb qaçqınları 18 yaşlı alman qızını zorladılar – Almanlar ayağa qalxdılar

Almaniyada 18 yaşlı alman qızı bir neçə ərəb qaçqın tərəfindən zorlanıb.

Ukrayna mediasına istinadən xəbər verilir ki, hadisə Frayburq şəhərində baş verib.

Ərəb qaçqınları gecə klubunda qıza narkotik maddə veriblər, sonra isə çirkin niyyətlərini həyata keçiriblər.

Bu iyrənc olaya etiraz etmək üçün şəhər sakinləri əllərində “Sərhədi qoruyaq, həyatımızı xilas edək!”, “Cinsi zorakılığa yox deyək” məzmunlu şüarlarla küçələrə axışaraq mitinq keçiriblər.

Onlar tələb ediblər ki, Almaniya sərhədi qaçqınlar üçün bağlansın, qaçqınlar tərəfindən cinsi zorakılığa son qoyulsun.

Yerli polis qızı zorlayanlardan 7 nəfəri həbs edib. Məlum olub ki, onlar Suriya qaçqınlarıdır. (AzNews.az)

image description