Facebook və Google-nun sonu gəlir – Ümumdünya hörümçək torunu yaradan şəxs

Facebook və Google-nun sonu gəlir – Ümumdünya hörümçək torunu yaradan şəxs

Silikon vadisinin texnoloji qiqantlarından hesab edilən Facebook və Google-nun sənu gəlir.

Rusiya mediasına istinadən xəbər verilir ki, bu fikirləri Ümumdünya hörümçək torunun yaradıcısı Tim Berners-Li səsləndirib.

“Onlar çox dominantlıq edir, artıq məhv etməyin vaxtı yetişib”, – deyə www-nun atası ABŞ-ın Reuters nəşrinə bildirib.

Massaçusets texnoloji institutunun və Oksford universitetinin professoru Tim Berners-Li internetin hazırkı durumundan şikayət edib. O, Facebook-da 87 milyon istifadəçinin məlumatlarının oğurlanması insidentindən də məyus olduğunu açıqlayıb.

Qeyd edək ki, noyabr ayının 2-nə olan məlumata görə Facebook-un gəliri 438 milyard dollar təşkil edib. Bu ilin yayında isə həmin rəqəm 500 milyard olub.

Facebook-un sahibi Mark ona məxsus olan aksiyaların azalmasına görə 13 milyard dollar itirib.

2018-ci ilin martında ABŞ Senatı qarşısında çıxış edən Mark Çuberberq Facebook istifadəçiləri qarşısında üzr istəyib.

Alınan son məlumata görə, hakerlər 257 min Facebook istifadəçisinin məlumatlarını ələ keçirib. Bu da o deməkdir ki, Markın bildirdiyi kimi, Facebook-un təhlükəsizliyi heç də yüksək səviyyədə qurulmayıb. (AzNews.az)