Nazarbayevlə Lukaşenko arasında ayaqqabı söhbəti – Haradan alıbsan?

Nazarbayevlə Lukaşenko arasında ayaqqabı söhbəti – Haradan alıbsan?

Xəbər verildiyi kimi Qazaxıstan prezidenti Nursultan Nazarbayev görüşlərin birində Belarus prezidenti Aleksandr Lukaşenkonun ayaqqabılarına baxaraq ona belə bir sual verib. “Bu ayaqqabını haradan alıbsan?”. O isə ayaqqabını çıxararaq “Belarusun “Makro” firmasından” cavabını verib. Və əlavə edib ki, bu nə İtaliya, nə də Fransadan alınıb, öz istehsalımızdır.

Bu gün Lukaşenko “Marko” holdinqinin tərkibində fəaliyyət göstərən Vitebsk xəz kombinatında işçilərlə görüş zamanı yenidən o söhbəti xatırlayıb.

Rusiya mediasına istinadən xəbər verilir ki, bu haqda informasiyanı BelTA agentliyi yayıb.

Belarus prezidenti bu müəssisənin də keyfiyyətli məhsul istehsal edəcəyinə inandığını bildirib və holdinqin baş direktoru Nikolay Martınovu xeyli tərifləyib: “O, özünü yaxşı sahibkar kimi sübut etdi”. (AzNews.az)