Poroşenkonun Rusiya sanksiyasına cavabı – Ukraynadan rədd olsunlar!

Poroşenkonun Rusiya sanksiyasına cavabı – Ukraynadan rədd olsunlar!

Xəbər verildiyi kimi Rusiyanın baş naziri Dmitri Medvedevin qərarı ilə Ukraynaya sanksiya tətbiq edilib. Ukrayna prezidenti Petr Poroşenko Kiyev şəhərində rəsmi səfərdə olan Almaniya kansleri Angela Mergellə görüş zamanı Rusiyanın sanksiyasına “Ukraynadan rədd olsunlar” cavabını verib.

Ukrayna mediasına istinadən xəbər verilir ki, bu haqda informasiya həftəlik “Seqodnya” gündəliyində yayılıb.

Məlumata görə, Poroşenko bildirib ki, Rusiya sanksiya tətbiq etmək əvəzinə sadə bir şeyi həyata keçirməlidir:

“Bu da qoşunlarını Ukraynadan çıxartmaqdır. O zaman Ukraynanın ərazi bütövlüyü bərpa olunacaq. Sanksiyaların tətbiqi isə heç də təsadüfi deyildi. Burada mənim oğlum da daxil olmaqla çox nüfuzlu insanların adları var”.

Qeyd edək ki, Ukrayna prezidenti Petr Poroşenko iki günlük rəsmi səfərlə Türkiyəyə gedib. (AzNews.az)