Putinə bürüncdən hazırlanan qamçı verdilər – Qazaxıstanda

Putinə bürüncdən hazırlanan qamçı verdilər – Qazaxıstanda

Qazaxıstan və Rusiya prezidentləri – Nursultan Nazarbayev və Vladimir Putin Petropavlovsk şəhərində hər iki ölkənin regionlarının əməkdaşlığına həsr olunan Forumun açılışında iştirak ediblər. Liderlər forum çərçivəsində “Turizmin inkişafında yeni yanaşmalar” sərgisinə tamaşa ediblər.

Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verilir ki, prezidentlər təkcə ekskursiya rəhbərlərinə qulaq asmayıblar, həm də sərginin iştirakçıları ilə söhbət ediblər.

Misal üçün batırlardan biri bir saniyənin içində uzun mismarı Hacımukan qovşağına batıraraq Putinə təqdim edib.

Nazarbayev isə Putinə: “İndi Vladimir Vladimiroviç bunu açın” deyərək zarafat edib. Hər iki prezident ətrafdakıların alqışları ilə bunu açmağa çalışıblar.

Putinə, həmçinin “Aldıyar” qamçısı da hədiyyə verilib. Məlum olub ki, bu qamçının əsası bürüncdən hazırlanıb, üzü isə qızıl və gümüşlə əhatə olunub.

Bu qamçı Qazaxıstanda əl işi ilə ərsəyə gətirilib. (AzNews.az)

image description
image description
image description