Yanmış cəsədini Xəzər sahilində dəfn etdilər, 2 ay sonra qapını açıb evə girdi – ŞOK OLAY

Yanmış cəsədini Xəzər sahilində dəfn etdilər, 2 ay sonra qapını açıb evə girdi – ŞOK OLAY

Bu yaxınlarda bir qazax ailəsi yaşlı qohumlarının zorakı və müəmmalı ölümünün sarsıntısını yaşamalı olub.

BBC-Azərbaycan-a istinadən xəbər verilir ki, hadisə Qazaxıstanda baş verib. Belə ki, Esenqali Supıqaliyev adlı qazax dayısının meyiti barəsində maraqlı faktı açıqlayıb. Onun sözlərinə görə, dayısının meyiti evə gətiriləndə az qalıb ki, qızı Sauleni infarkt vursun. Meyit elə bir halda idi ki, onu tanımaq mümkün olmayıb.

63 yaşlı Ayqali Supıqaliyev iyun ayında evdən çıxmış və bir daha qayıtmamışdı. Ayqalinin əvvəllər də bir-iki həftəliyə yoxa çıxmaq xasiyyəti olduğuna görə, ailəsi heç yerə xəbər etmədən onu bir ay gözləyib. Bundan sonra polis onları yanmış bir cəsədin tanınmasına çağırıb. DNT analizləri də meyitin 99,2 faiz Ayqaliyə məxsus olduğunu təsdiqləyib. Onun adına ölüm şəhadətnaməsi tərtib olunub.

Sentyabr ayında ailəsi Ayqalini Xəzər sahilindəki Atırau portunun yaxınlığında yerləşən Tumarlı kəndinin müsəlman qəbiristanlığında dəfn edib.

Hadisədən 2 keçəndən sonra Ayqali qapını açıb evə girəndə aləm bir-birinə dəyib.

Sən demə, o, iyun ayında evdən çıxan kimi bazarda qonşu kənddən olan bir nəfərə rast gəlib və o, Ayqaliyə iş təklif edib. 4 aylıq işini başa vuran Ayqali evinə qayıdıb.

Supıqaliyev isə dilxor olub ki, qohumları onun üçün başdaşının pulunu da artıq ödəyiblər. Hətta onun iki aylıq pensiyasını də dövlətə qaytarıblar. İndi ailə məhkəməyə müraciət etmək fikrindədir.

Amma bir sual açıq qalır. Esenqali deyir: “Görəsən, biz kimi dəfn eləmişik? Allah bilir, indi onu da ailəsi axtarır…”. (AzNews.az)