Dünya çempionatı: Azərbaycan samboçusu gümüş medal qazandı

Dünya çempionatı: Azərbaycan samboçusu gümüş medal qazandı

Azərbaycan samboçusu Rumıniyada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Rumıniya mətbuatına istinadən xəbər verilir ki, yığmamızın təmsilçisi Emil Həsənov (68 kq) turnirdə ikinci yeri tutub.

O, yalnız finalda Qazaxıstandan olan rəqibi Nurbool Serikova məğlub olub.

Bu çəki dərəcəsində Rusiya idmançısı Nikita Kleçkov və Belarusu təmsil edən Aleksandr Kokşa bürünc medal qazanıblar. (Report)