Röya Ayxan: Fiquralı qəşəng qızlar xoşuma gəlir – VİDEO

Röya Ayxan: Fiquralı qəşəng qızlar xoşuma gəlir – VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti qonağı əməkdar artist Röya Ayxan olub.

O, ilk olaraq ayrılıq dönəmini ağır keçirdirdiyini deyib:

“Adam ayrılanda düşünür ki, çıxıb insanlara nə deyəcəksən? Fikirləşəcəklər ki, görəsən oğlanın sevgilisi var idi, yoxsa qız nəsə edib. Bu böyük bir problemdir. Mən həyat yoldaşımdan ayrılanda belə fikirləşdik ki, boşanma ərizəsini mən verim, çünki kişi ilk versə, daha pis söz-söhbət çıxacaq”.

Röya daha sonra dağınıq saçlarının səbəbindən də danışıb:

“Ümumiyyətlə get-gedə heç nə düzəltmirəm. Artıq neçə aylardır ki, qaşımı almıram. Mənim problemim ancaq burun idi, onu da kəsdirmişəm. Fiquralı qəşəng qızlar xoşuma gəlir. Amma Allah verməyib”.