Məşhur cütlük iki saata 50 min xərclədi

Məşhur cütlük iki saata 50 min xərclədi

Türkiyəli aktyor Mert Fırat həyat yoldaşı İdil Fıratla birlikdə ticarət mərkəzlərindən birində görüntülənib.

“Posta”ya istinadən verilən məlumata görə, bu ilin sentyabrında ailə quran cütlük iki saat ərzində “Beymen” mağazasında qışlıq geyimlər seçib və ümumilikdə 50 min lirə xərcləyib.

Məlumat üçün bildirək ki, 30 yaşlı İdil Fırat tanınmış biznesmen, “Fənərbağça” klubunun sabiq vitse-prezidenti Öndər Fıratın qızıdır.

Qeyd edək ki, M. Fırat məşhur “Ufak tefek cinayetler” serialında “Serhan” rolunu canlandırır. (Qafqazinfo)