Ermənistan Rusiyadan “Su-30SM” qırıcıları alır

Ermənistan Rusiyadan “Su-30SM” qırıcıları alır

“Ermənistan Rusiyadan “Su-30SM” qırıcı təyyarələri alacaq”.

Bunu Ermənistanın müdafiə nazirinin vəzifəsini icra edən David Tonoyan bildirib.

Onun sözlərinə görə, bununla bağlı Yerevanla Moskva arasında müqavilənin imzalanmasına hazırlıq bitmək üzrədir.

D.Tonayan deyib ki, silah alınması üçün Rusiyanın Ermənistana verdiyi 100 milyon dollar məbləğində kreditlə bağlı sazişin həyata keçirilməsi üzrə prosedurlar da başa çatmaq üzrədir. (Report)