“Onu deyənin atasına lənət” – Əhəd Abıyev qəza xəbərini yalanladı

“Onu deyənin atasına lənət” – Əhəd Abıyev qəza xəbərini yalanladı

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin avtomobil qəzasına düşməsi haqda xəbərlər yayılıb.

O, AzNews.az-a verdiyi açıqlamasında bu xəbərin yalan olduğunu deyib:

“Onu deyənin atasına lənət. Nə qəza? Mən iclasdayam. Qurtarın belə şeyləri, qoyun işləyək”.

Qeyd edək ki, KİV-nin yaydığı xəbərə görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də içərisində olduğu “Toyota” markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn “VAZ-21099” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.