Poroşenkonun sərxoş vəziyyətdə videosu yayıldı

Poroşenkonun sərxoş vəziyyətdə videosu yayıldı

Ukrayna prezidenti Petr Poroşenkonun Kiyev-Borispol sürət qatarının açılışı zamanı içkili olması medianın diqqətindən yayınmayıb.

Rusiya mediasına istinadən xəbər verilir ki, bu haqda informasiyanı Rusiyanın TVÇ kanalı yayıb.

Mənbə bildirir ki, sürət qatarının açılış mərasimi dekabrın 2-də bazar günü keçirilib.

Videodan görsənir ki, Poroşenko soyuq havada papaqsız trubunada dayanaraq qatarın özəlliklərindən söz açıb. Onun çıxışı zamanı baş nazir Vladimir Qroysman və digər rəsmilər dəfələrlə gülüblər.

Facebook istifadəçiləri Poroşenkonun içkili olmasından şübhələnmədiklərini yazıblar.

Petr Poroşenkonun Avromaydan hadisələri zamanı da içkili olduğu haqda mediada informasiyalar yer alıb.

AzNews.az