Aldadıldığımı telefonun avto-cavabından öyrəndim – Aktrisanın qəmli hekayəti

Türkiyəli aktrisa Nilgün Belgün Kanal D-də yayımlanan “2.Sayfa” verilişinə qonaq olub.

Türkiyə mətbuatına istinadla xəbər verilir ki, məşhur aktrisa illər öncə ona xəyanət edən həyat yoldaşından danışıb.

O, aldadıldığı haqda necə öyrəndiyini deyib:

“Turnedəydim, amma nəyinsə səhv getdiyini hiss edirdim. Bizimlə bir qadın var idi, ondan şübhələnirdim, amma deyirdim, elə şey olmaz. Mənim keçmiş həyat yoldaşım musiqiçi idi. Qadın ondan musiqi istədiyi zaman köynəyinin düyməsini açırdı. Bir gün yoldaşımla qonaqlığa gedəcəkdik. Mənə dedi ki, get hazırlaş. Evə gəldim ki, telefonun avto-cavabının işığı yanır. Belə bir şey eşidəcəyimi düşünmürdüm, bunlar telefonda danışarkən telefonun səsyazması açılıb və səsləri yazılıb. Qadın bunu hiss edib mənim yoldaşıma “səsimiz yazılır” deyir, mənim zavallım da “narahat olma, mən silməyi bilirəm” cavabını verir. Amma o danışığı silməyi unutmuşdu. Mən də o danışığı, həyat yoldaşımı və evliliyimi sildim”.

Qeyd edək ki, aktrisanı üçüncü əri Atilla Demircioğlu aldadıb. (AzNews.az)

Paylaşın:
Share