Tramp Ərdoğanın təzyiqlərinə tab gətirmədi – Fransa qəzeti

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2018-12-20 19:39:58Z | http://piczard.com | http://codecarvings.com

Fransanın məşhur “Le Monde” qəzeti “ABŞ-ın Suriyadan çəkilmə qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik bir zəfəridir” başlıqlı yazı dərc edib.

Türkiyə mediasına istinadən xəbər verilir ki, ABŞ və Türkiyə prezidentlərinin telefon danışıqlarından bir neçə gün sonra ABŞ-ın Suriyadan çəkilməsi Donald Trampın Ərdoğanın təzyiqlərinə tab gətirmədiyi kimi qeyd edilib.

Mənbə bildirir ki, Türkiyə bundan sonra Suriyada terror təşkilatı YPG / PKK-ya qarşı rahat şəkildə əməliyyata başlayacaq. Bununla da YPG / PKK-nın Suriyada öz dövlətini və ya muxtariyyətini qurmaq istəyi puça çıxacaq.

Türkiyənin əsas hədəfi isə YPG / PKK-nın olduğu Münbiçə girməkdir. ABŞ-ın sabiq prezidenti Barak Obama prezident Ərdoğana 2016-cı ildə Münbiçi İŞİD-dən geri aldıqdan sonra oradan çəkiləcəyinə söz vermişdi. Ancaq o, bu sözü yerinə yetirməyib.

Le Monde qəzeti, həmçinin yazıb ki, ABŞ-ın Suriyadan çəkilməsi ilə o bölgədə bir boşluq yaranacaq və problemlərin riski daha da artacaq. (AzNews.az)

Paylaşın:
Share