15 yaşlı rus gənc Putinin qızıl tualetli luks təyyarəsinə mindi – FOTO

Rusiya prezidenti Vladimir Putinin 390 milyon sterlinq dəyərindəki “Uçan Kreml” adlı qızıl tualetli lüks təyyarəsi xəstə bir gəncin ziyarəti zamanı görüntülənib.

Türkiyə mediasına istinadən xəbər verilir ki, Arslan Kaipkulov adlı 15 yaşlı rus gəncin xəyalını reallaşdırmaq üçün onun “İlyuşin II-96-300” təyyarəsinə girməyinə icazə verilib.

Putin tərəfindən bir kamera hədiyyə edilən xəstə gənc Putinin icazəsi sayəsində təyyarənin içini gəzib.

Təyyarələrə marağı olan Kaipkulov sayəsində Putinin qızıl örtüklü tualeti, xüsusi şərab dolu və iki nəfərlik yatağı olan təyyarəsi mətbuatda yayılıb.

Ancaq rus gəncə təyyarənin gizli bölmələri göstərilməyib. (AzNews.az)

image description
image description
image description
Paylaşın:
Share