Rəqsanə: Sənətə gəlməsəydim, qara-qara gədələr … – VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Rəqsanə İsmayılova və qızı Aysu İsmayılova olub.

Müğənni ilk olaraq əkiz övladlarının sağlıq durumundan danışıb:

“Allaha min şükür əkizlər böyüməyə başlayıblar. Qızımız demək olar ki, tam yaxşıdır, oğlan isə biraz narahatdır. İstər-istəməz oğlanlar bir az zəif olurlar. İnşallah yəqin ki, yaxşı olacaq. “İnstagram”da hərə oturub bir söz yazır. Ona görə mən qapalı qalmağını istədim. Biz artıq bu sənətin içindəyik. Mənim özümə nə deyirlər, desinlər. Amma övlada toxunmağı xoşlamıram. Yaxşı ki, mən uşaqlarımı Moskvada dünyaya gətirmişəm”.

İfaçı övladları arasında 10 il fərq olduğunu qeyd edib:

“Aysun 1998-də, Yağmur 2008-də, əkizlər isə 2018-ci ildə doğulub. Uşaqlarımın arasında 10 il fərq var”.

Növbəti uşaq istəyinə isə müğənninin cavabı belə olub:

“Əslində mən uşaq istəyənəm. Yaxşı ki, sənətə gəlmədən öncə cavanlıq vaxtlarımda Aysunu dünyaya gətirmişəm. Mənim 39 yaşım var. Bəzi müğənnilər kimi yaşımı danan insan deyiləm. 1979 təvəllüdəm. Bizimkilərin 50 yaşı var, deyirlər ki, mənim 30 yaşım var. Mən sənətə gəlməsəydim, bəlkə də burdan ora qara-qara gədələr düzərdim. Bundan sonra düşünmürəm. Amma bəlkə də oldu. Yalandan deyim eləmərəm, yox, edərəm. Mən uşaq sevirəm”.

Müğənninin qızı Aysun da anası ilə bağlı maraqlı açıqlama verib:

“Ondan olsa hər il bir övlad dünyaya gətirər. Futbol komandası yığardıq”.

z

Paylaşın:
Share