Roman Nəsirov öz vəzifəsinə qayıtdı

Ukraynada yaşayan azərbaycanlı Roman Nəsirov öz vəzifəsinə geri qayıdıb.

Ukrayna mediasına istinadən xəbər verilir ki, bu haqda sərəncam Ukrayna Dövlət Fiskal Xidməti tərəfindən verilib.

“Ukrainskiye novosti” nəşri yazır ki, Nəsirov bu gün öz vəzifəsinin icrasına başlayıb.

Kiyev Dairə Administrativ Məhkəməsi dekabrın 11-də Nəsirovun öz vəzifəsinə qayıtması haqda qərar verib. Qərara görə, o, 184 min qriven kompensasiya ödəməlidir.

Ukrayna Nazirlər Kabineti isə onun qayıdışına maneçilik törədəcəyini və şikayət edəcəyini bildirib.

Xatırladaq ki, Nəsirov 2018-ci il yanvarın 31-də işindən azad edilib. O, öz vəzifəsindən sui-istifadə etməkdə ittiham edilib. (AzNews.az)

Paylaşın:
Share