Şəhid olan 15 Türk əsgərinin qatili Almaniyada tutuldu

Türkiyənin Kayseri bölgəsində 15 əsgərin şəhid olduğu, 54 əsgərin yaralandığı 17 dekabr 2016-cı ildə təşkil olunan canlı bomba hücumunda şübhəli bilinən ikinci şəxs Almaniyada tutulub.

Türkiyə mediasına istinadən məlumat verilir ki, o, səsli və görüntülü informasiya sistemi ilə məhkəməyə qoşulub.

Terrorçu Qasım Yıldırımçakar bomba yüklü, qeyri-qanuni yolla hazırlanmış 71 EU 595 nömrəli maşınla Adanadan Kayseriyə gedib. O, 17 dekabr 08:48 radələrində Zincidərə Desant briqadasından çıxan əsgərlərin olduğu avtobusu təqib edib. Avtobus Talas Bulvarı Ərciyəs Universitetinin qarşısında yerləşən avtobus dayanacağına yanaşdığı zaman terrorçu avtobusun sol hissəsinə yaxınlaşıb və bomba yüklü avtomobili ona çırpıb. Nəticədə avtobus partlayıb. İçəridə olan 15 əsgər şəhid olub, 54-ü isə yaralanıb.

Üçü fərari olmaqla 21 müttəhim haqqında dövlətin bütövlüyünü pozmaq və təhlükəyə atmaq, silahlı terror təşkilatı üzvü olmaq, 15 dəfə qəsdən adam öldürmə, 54 dəfə qəsdən adam öldürməyə təşəbbüs ittihamları ilə cinayət işi açılıb.

2017-ci il oktyabrında ilk məhkəmədə 10 məhbus azad olunub.

Müttəhimlərdən Əkrəm U. və Məmməd O. məhkəməyə polis nəzarəti altında gətirilib. Başqa cinayətdən müqəssir sayılan Abdulla A. isə görüntülü olaraq məhkəməyə qoşulub.

Məhkəmədə, həmçinin partlayışda yaralanan veteran əsgərlərdən bəziləri, şəhidlərin yaxınları və Türkiyə Hərbi Əlil Veteranlar Şəhid Dul və Yetimləri Dərnəyinin Kayseri şöbəsinin sədri Yılmaz Üçqan ilə birlikdə təxminən 50 nəfər iştirak edib.

Digər şübhəli şəxs Kənan Ç. də həbsxanadan səsli və görüntülü informasiya sistemi (SEGBİS) ilə məhkəməyə qatılıb.

Məhbuslara məhkəmədə söz verilib.

Daha sonra məhkəmə Sait K.-nın Almaniyadan gətirilməsi üçün işlərin görülməsinə və danışıqlar aparılmasına, fərari İshaq Ö və Fərhad T.-nin isə həbs cəzasının uzadılmasına qərar verib. (AzNews.az)

Paylaşın:
Share