ABŞ Suriyadakı hərbçilərinin ilk qrupunu çıxardı

19 dekabrda ABŞ Prezidenti Donald Trampın verdiyi qərar çərçivəsində amerikalı əsgərlərin Suriyadakı ilk qrupu ölkədən çıxarılıb.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, Suriyanın İraqla sərhədinə yaxın Malikiyyə qəsəbəsindəki hərbi baza boşaldılıb.

Məlumata görə, “Hummer” tipli hərbi texnikalar və əsgərlər İraqdakı bazaya göndərilib.

Qeyd edək ki, 2016-cı ildən Suriya ərazisinə daxil olan ABŞ-ın burada 18 hərbi bazası mövcuddur. (Qafqazinfo)

Paylaşın:
Share