Putindən İlham Əliyevə Yeni il təbriki

 

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin təbrik məktubunda bildirib ki, yola saldığımız il Rusiya-Azərbaycan əlaqələri üçün məhsuldar olub.

Eyni zamanda, rusiyalı lider müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın və bütün səviyyələrdə siyasi dialoqun inkişaf etdiyini vurğulayıb.

Rusiya prezidenti Moskva, Soçi və Bakıda aparılan danışıqlar zamanı əldə olunan ikitərəfli razılaşmaların reallaşdırılmasının Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığı daha da artıracağına əminliyini ifadə edib. (Qafqazinfo)

Paylaşın:
Share