ABŞ rəsmi olaraq UNESCO üzvlüyündən çıxdı

Birləşmiş Ştatların 2017-ci ilin oktyabr ayında elan etdiyi UNESCO-dan çıxmaq barədə qərarı təşkilatın nizamnaməsinə uyğun olaraq bazar ertəsi qüvvəyə minib.

TASS-a istinadən xəbər verilir ki, bu gündən etibarən ABŞ UNESCO-da tam üzvlüyünü dayandırır və müşahidəçi dövlət statusuna keçir.

Bu, Vaşinqtonun faktiki olaraq daha üzvlük haqqı ödəməyəcəyi və 1972-ci il tarixli Mədəni və Təbii İrsin Qorunması Konvensiyasının müddəalarını yerinə yetirmək üçün məsul olan UNESCO-nun Dünya İrs Komitəsinə seçilə bilməyəcəyi anlamına gəlir.

ABŞ-ın beynəlxalq qurumdan çıxmasına isə Fələstin-İsrail münaqişəsi ilə bağlı yaranan fikir ayrılığı səbəb olub. (Report)

Paylaşın:
Share