Bu şəhərdə metro xətlərinin uzunluğu 705 kilometrə çatdı

Çinin iqtisadi və maliyyə mərkəzi olan Şanxayda yeni metro stansiyalarının istifadəyə verilməsi ilə metro xətlərinin ümumi uzunluğu 705 kilometrə çatıb.

Şanxay bununla dünyada ən uzun metro xəttinə sahib olan şəhər statusunu daha da möhkəmləndirib. Yeni istifadəyə stansiyalar 5-ci və 13-cü xətlərin üzərində yerləşir. Bu xətlər şəhər mərkəzini ətraf ərazilərlə birləşdirir.

Qeyd edək ki, 1993-cü ildə 4,4 kilometrlik Cənub Dəmir yolu stansiyası-Xuciahuy xətti ilə istifadəyə verilən Şanxay metrosunda hazırda 17 xətti və 420-dən çox stansiyası fəaliyyət göstərir. Dünyada ən sürətlə inkişaf edən yeraltı dəmir yolu nəqliyyatı olan Şanxay metrosundan ötən il 3 milyard 536 milyon sərnişin istifadə edib. Gündəlik sərnişindaşıma qabiliyyəti təxminən 10 milyona çatan Şanxay metrosunun uzunluğunun 2023-cü ilədək 1154 kilometrə, xətlərin sayının isə 27-yə çatdırılması planlaşdırılıb. (Azərtac)

Paylaşın:
Share