Çin-dən ABŞ-a mühüm mesaj: “Tarixi bir uğur…”

Çin ABŞ-la münasibətləri koordinasiya, əməkdaşlıq və sabitlik daxilində inkişaf etdirməyə hazırdır.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kenqin yaydığı açıqlamada qeyd edilib.

“Bu iki ölkənin münasibətləri son 40 ildə çox çətin bir dönəmdən keçdi və xeyli inkişaf etdi. Çin və ABŞ əməkdaşlıq sahəsində tarixi bir uğura imza atdı. Tərəflər iki ölkənin xalqına daha faydalı olmaq üçün əlaqələri gücləndirməlidirlər”, – açıqlamada bildirilib. (Axar.az)

Paylaşın:
Share