Filippində tropik qasırğası – 61 ölü, 18 itkin

Filippində “Usman” tropik qasırğasının törətdiyi leysan yağışlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 61 nəfərə çatıb.

Bu barədə “Philippine Star” qəzeti Filippin Təbii Fəlakətlərin Təhlükəsinin Azaldılması Şurasına istinadla məlumat yayıb.

Şuranın məlumatında qeyd edilir ki, təbii fəlakət nəticəsində 18 nəfər itkin düşüb. Bikolsk regionunda 50 nəfərin, Şərqi Visayidə isə 11 nəfərin həlak olduğu bildirilir. (Azərtac)

Paylaşın:
Share