Meksika ilə sərhəddə Obamanın evinin ətrafındakı hasardan lazımdır – Tramp

 

ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtondakı evinin ətrafında ailəsinin təhlükəsizliyi üçün təqribən 3 metr hündürlüyündə hasar çəkdirib, Birləşmiş Ştatlara da ölkənin mühafizəsi üçün Meksika ilə sərhəddə yüksək fiziki divar lazımdır.

TASS-a istinadən xəbər verilir ki, bunu bazar günü Ağ ev rəhbəri Donald Tramp öz “Twitter” səhifəsində yazıb.

“Prezident Obama həyat yoldaşı ilə Kolumbiya dairəsindəki malikanəsinin ətrafında 10 fut hündürlüyündə hasar çəkdirib. Mən razıyam – bu, onların təhlükəsizliyi üçün lazımdır. Birləşmiş Ştatlara da belə bir şey lazımdır, amma daha geniş miqyasda”, – deyə o bildirib. (Report)

Paylaşın:
Share