“Nissan”ın sabiq sədrinin həbsi daha 10 gün uzadıldı

Tokio dairə məhkəməsi “Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonun həbs müddətini növbəti dəfə daha 10 gün uzadıb.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, noyabrın 19-da maliyyə pozuntularına görə həbs olunan Karlos Qon 2019-cu il yanvarın 11-dək Tokio həbsxanasında saxlanılacaq.

Xatırladaq ki, Karlos Qon və onun köməkçisi Qreq Kelli prokurorluğun vergidən yayınma ittihamı ilə həbs ediliblər. Lakin dekabrın 25-də Q.Kelli 70 milyon yen (təqribən 635 min dollar) girov müqabilində azadlığa buraxılıb. (Azərtac)

Paylaşın:
Share