Zakir Həsənov cəbhə bölgəsində zirehli texnikaların döyüş hazırlığını yoxladı

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zirehli texnikaların döyüş hazırlığını yoxlayıb.

Bu barədə qaraqoyunlu.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri hərbi hissədəki şəraitlə tanış olaraq hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb və döyüş tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.

 

Paylaşın:
Share