Ərdoğan “2018-ci ilin ən görkəmli dünya lideri” seçildi

Ərəb dünyasında olduqca təsirli bir media şəbəkəsi olan Rassdnews “2018-ci ildə dünyanın ən görkəmli lideri” nominasiyası üzrə səsvermənin nəticələrini açıqlayıb.

Türkiyə mediasına istinadən xəbər verilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  “2018-ci ilin ən görkəmli dünya lideri” seçilib.

300 min nəfərin iştirak etdiyi səsvermədə Ərdoğan səslərin 77 faizini qazanıb. Misirin sabiq prezidenti Məhəmməd Mursi isə 52 faiz səslə ikinci sırada qərarlaşıb.

Ərdoğandan başqa ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz də vətəndaşların bəyəndiyi liderlər olub.

25 yanvar 2011-ci il tarixində Misirdə yaradılan Rassdnews media şəbəkəsi ərəb dünyasında çox populyar bir nəşr hesab edilir. (AzNews.az)

Paylaşın:
Share