2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlandı

2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.

Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, yaz fəslinin ölkəmizə qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.

İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq. (Azərtac)

Paylaşın:
Share