Bakılı Mixail Qusman Rusiyanın “Əməkdar Jurnalisti” oldu

Həmyerlimiz, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman yeni təsis edilmiş “Rusiya Federasiyasının Əməkdar Jurnalisti” fəxri adına layiq görülüb.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Fərman imzalayıb.

Fərmana əsasən, fəxri ad on beş KİV nümayəndəsinə, o cümlədən TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmana, agentliyin keçmiş rəhbəri, Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenkoya, “Moskovski komsomolets” qəzetinin baş redaktoru Pavel Qusyevə, “Heyvanlar aləmində” verilişinin aparıcısı Nikolay Drozdova və başqalarına təqdim olunub.

Fərmanda bildirilir ki, fəxri ad Rusiyada jurnalistikanın inkişafında xidmətlərə və uzun illər səmərəli əməyə görə təqdim edilir. (Report)

Paylaşın:
Share