Bu şəhərdə aeroportu təxliyyə etdilər – bomba həyəcanı

Amsterdamın Sxipxol hava limanında sərnişinlərdən birinin bomba partladacağı hədəsindən sonra uçuş zalı təxliyyə olunub.

Bu barədə aeroportun mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edilir ki, sərnişin uçuş üçün üçüncü terminalda bomba partladacağı ilə hədələyib.

Hazırda sərnişin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. (Oxu.az)

Paylaşın:
Share