Mingəçevirdə 4 otaqlı evdə partlayış – xəsarət alanlar var

Mingəçevir şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Bu haqda məlumat qaraqoyunlu.com-a Fövqəladə Hallar Nazirliyindən verilib.

Partlayış dalğasının təsirindən evin bir tərəfinin daşıyıcı divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaşın:
Share