Sürücü avtomobili piyadaların üstünə sürdü – 8 yaralı var

 

Tokioda sürücü idarə etdiyi avtomobili piyadaların üstünə sürüb.

Bu barədə NHK telekanalının yaydığı məlumatda bildirilir.

Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Polis tərəfindən saxlanılan sürücü deyib ki, bununla da ölkədə mövcud olan ölüm cəzasına etirazını bildirmək istəyib. (Oxu.az)

Paylaşın:
Share